Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri “Paşinyan kilsəyə qarşı mübarizəni “Vətəndaş Müqaviləsi” proqramına daxil edib” başlıqlı məqaləsində yazıb.
Nəşrin mənbələrinin məlumatına görə, seçkiöncəsi dövrdə Paşinyan Beynəlxalq Respublikaçılar İnstitutunun sorğularını nəzərə alıb, bu sorğulara əsasən kilsənin reytinqi cəmiyyətdə, xüsusilə də gənclər arasında olduqca yüksəkdir və buna görə müvəqqəti fasilə verib, lakin seçkilərdən sonra daha fəal şəkildə mübarizə aparmaq niyyətindədir.
“Üstəlik, o, kilsəyə qarşı mübarizəni “Vətəndaş Müqaviləsi”nin seçki proqramına daxil edib. Aprelin 4-də keçirilən konfransda təsdiqlənmiş proqramda ayrıca bəndlə Erməni Apostol Kilsəsinə və onun islahat gündəliyinə toxunulub.
Proqramda qeyd olunur ki, kilsənin fəaliyyəti nəticəsində “dindar ictimaiyyət özgələşib”, həmçinin belə bir qiymətləndirmə verilir ki, “xarici qüvvələrin Erməni Apostol Kilsəsini Ermənistanın müstəqilliyi və suverenliyinə qarşı hibrid mübarizənin dayağına çevirmək cəhdləri üçün imkan yaranıb”, - deyə nəşr bildirib.
Müəllif qeyd edib ki, partiya yol xəritəsi təklif edir və onun ilk bəndi “Erməni Apostol Kilsəsinin faktiki rəhbərinin uzaqlaşdırılması (istefaya göndərilməsi)”dır, bundan sonra yeni nizamnamənin qəbulu və yeni katolikosun seçilməsi nəzərdə tutulur.
“Həmin konfransda Paşinyan bəyan etmişdi ki, onun üçün aydındır ki, 2026-cı il iyunun 7-də keçiriləcək seçkilərdə “müharibənin üçbaşlı partiyası” yenə xalqın divarına dəyəcək.
“Və həmin üçbaşlı partiyadan böyük parça qulaq olacaq, bu halda isə Ktriç Nersisyanı (II Qaregin-red.) nəzərdə tuturam”, - deyə Paşinyan vurğulamışdı. Bu isə göstərir ki, mövcud hakimiyyət anti-kilsə mübarizəsini dayandırmayıb, sadəcə taktikasını dəyişib”, - deyə nəşr vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az