“Bu, hakimiyyətin orduya və hərbi qulluqçulara real münasibətini açıq göstərir” - Abrahamyan

2026/04/1775551356.jpg
Oxunub: 271     15:50     15 Aprel 2026    
“Hakimiyyət Andranik Köçəryanın dili ilə hərbi xidmətlə bağlı öz formulunu elan etdi”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin “Şərəfim Var” fraksiyasının katibi Tiqran Abrahamyan “Facebook” səhifəsində yazıb.

“A. Köçəryan oğlunun orduda xidmət etməməsi ilə bağlı suala cavab olaraq belə deyib: “Sizin də mənim oğlum qədər biliyiniz olsaydı, siz də xidmət etməzdiniz, o yüksək səviyyəli insandır”.

Onların oğulları böyük biliklərə malikdir, bu məntiqə görə “yüksək səviyyəlidirlər” və buna görə də orduda xidmət etmirlər. Aydındır, deyilmi, onların bizim hərbi qulluqçularımız haqqında fikri və yanaşması necədir”, - deyə Abrahamyan qeyd edib.

Abrahamyan bildirib ki, Köçəryan Andranik hakim rejimin siması və göstəricisidir, bu isə hakimiyyətin orduya və hərbi qulluqçulara real münasibətini açıq göstərir.

“Ölkənin müdafiəçisinin rolunu və missiyasını dərk etməyən dövlətin sadəcə olaraq gələcəyi yoxdur.

P.S. Andranik Köçəryanların siyasi mövcudluğudur ki, ölkəmizi və ordumuzu məğlubiyyətlər və ağır itkilər nöqtəsinə gətirib çıxarıb”, - deyə o yazıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Abrahamyan   Ermənistan  


Bizi "telegram"da izləyin