Ordu.az xəbər verir ki, bunu erməni siyasi elmlər doktoru, tarixçi Armen Ayvazyan yazıb.
Ayvazyanın sözlərinə görə, Paşinyan açıq şəkildə bəyan edir ki, Ermənistanın heç bir dövlət məmuru artıq Qarabağ haqqında danışmamalı, hətta bu mövzu ilə bağlı kitab hədiyyə etməməlidir.
“Paşinyana və onun komandasına görə, ermənilər və ümumilikdə Ermənistan vətəndaşları türklər və azərbaycanlılarla müqayisədə daha az hüquqa və daha aşağı statusa malik olmalıdırlar. Ermənilər ikinci dərəcəli vəziyyətə salınmalıdır”, - deyə o qeyd edib.
Ayvazyan iddia edib ki, Paşinyan Avropa Parlamentində alqışlar fonunda Ermənistanda yeni siyasi təməllər qoyur.
“Bu təhlükənin mahiyyəti məhz budur. Bunu başa düşmək və uyğun şəkildə hərəkət etmək lazımdır”, - deyə o bildirib.
Alpər Mövludoğlu
Ordu.az