Kreml mayın 7-9-da bağlı olacaq

2025/02/1740133370.jpg
Oxunub: 500     14:15     06 May 2025    
Moskvada Qələbə Günü ilə əlaqədar bayram tədbirlərinin keçirilməsi səbəbindən Kreml üç gün ərzində ziyarətçilər üçün bağlı olacaq.

Ordu.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Federal Mühafizə Xidməti məlumat yayıb.

Məhdudiyyətlər 7-9 may tarixləri də daxil olmaqla qüvvədə olacaq.

"1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 80-ci ildönümünə həsr olunmuş bayram tədbirlərinin hazırlanması və keçirilməsi ilə əlaqədar olaraq 7, 8 və 9 may 2025-ci il tarixlərində ziyarətçilərin Kremlə girişinə icazə verilməyəcək", - məlumatda bildirilib.

Həmçinin qeyd olunan günlərdə Aleksandr bağı ərazisində müvəqqəti məhdudiyyətlər tətbiq edilə bilər.

Şəhərin mərkəzində də nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kreml   Rusiya  


Bizi "telegram"da izləyin