İran ABŞ-nin ikinci dərəcəli sanksiyaları ehtimalına qarşı tədbirlər görüb

2025/05/1746525647.jpg
Oxunub: 393     13:48     06 May 2025    
Tehran ABŞ-nin İran neftinin alıcılarına ikinci dərəcəli sanksiyalar tətbiq etməsi ehtimalına qarşı bütün zəruri tədbirləri görüb.

Ordu.az-ın məlumatına görə, bunu İran hökumətinin rəsmi nümayəndəsi Fatimə Mohacerani brifinqdə bildirib.

"Biz zəruri tədbirlər görmüşük və hadisələrin bütün inkişaf ssenarilərinə hazırıq, bizim bütün ssenarilərimiz də tam hazırdır", - o qeyd edib.

ABŞ Prezidenti Donald Tramp may ayının əvvəlində İrandan neft və neft məhsullarının alıcılarını ikinci dərəcəli sanksiyalarla hədələyib və onlara "Vaşinqtonla biznes aparmağa icazə verilməyəcəyini" bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ  


Bizi "telegram"da izləyin