Kreml Qələbə Paradında iştirak edəcək xarici qonaqların siyahısını açıqlayacaq

2025/02/1740133370.jpg
Oxunub: 421     12:49     06 May 2025    
Kreml bu gün Moskvada keçiriləcək Qələbə Paradında iştirak edəcək xarici qonaqların siyahısını açıqlayacaq.

Ordu.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Bildirilib ki, müvafiq brifinqi Rusiya prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Yuri Uşakov keçirəcək.

Qeyd edək ki, Qələbə Paradı mayın 9-da Qırmızı Meydanda keçiriləcək. Tədbirdə xarici qonaqlarla yanaşı xarici dövlətlərin hərbi kontingentləri də iştirak edəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kreml   Qələbə-Paradı  


Bizi "telegram"da izləyin