Türkiyədə FETÖ-yə qarşı keçirilən əməliyyatda 208 nəfər saxlanılıb

2025/05/1746521546.jpg
Oxunub: 490     12:45     06 May 2025    
Türkiyədə FETÖ terror təşkilatına qarşı növbəti əməliyyat keçirilib.

Ordu.az xəbər verir ki, bunu ölkənin daxili işlər naziri Ali Yerlikaya “X” hesabında yazıb.

O bildirib ki, 47 bölgədə baş tutan əməliyyat nəticəsində təşkilatla əlaqəsi olmaqda şübhəli bilinən 208 nəfər saxlanılıb.

Saxlanılan şəxslərin şifrələnmiş messencer proqramları vasitəsilə gündəlik onlayn toplantılar keçirdiyi və yaradılan şirkətlər vasitəsilə terror təşkilatı, eləcə də onun üzvlərini maliyyələşdirdiyi ortaya çıxıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   FETÖ  


Bizi "telegram"da izləyin