Ordu.az xəbər verir ki, bu barədə “Defense News” məlumat yayıb.
ABŞ rəsmiləri bildiriblər ki, köhnə döyüş gəmisi “BRP Miguel Malvar” Zambales əyalətindəki San-Antoniodan 30 dəniz mili qərbdə, təlimin dəniz hücumu hissəsi zamanı hədəf kimi xidmət etmək üçün yerləşdirilərkən, su almağa başlayıb və səhər saat 7:20-də batıb.
Hadisə zamanı heç bir şəxsi heyət xəsarət almayıb.
“Gəminin istismar müddəti bitmişdi və artıq istismar üçün yararlı deyildi, ona görə də o, hədəf kimi seçilmişdi”, - deyə açıqlamada qeyd edilib.
Gəminin vurulmadan batmasına baxmayaraq, “Balikatan 25” təliminin bəzi elementlərinin planlaşdırıldığı kimi davam edəcəyi ifadə edilib.
Sevinc Əliyeva
Ordu.az