Ordu.az xəbər verir ki, bu barədə “Naval News” məlumat yayıb.
Şirkətin açıqlamasına görə, bu sistemlər “asimmetrik müharibənin reallıqları”na cavab vermək və ucuz, gizlənə bilən, birtərəfli hücum qabiliyyətinə malik olacaq şəkildə hazırlanıb.
“Interceptigon” seriyası iki əsas platformadan ibarətdir:
“Interceptigon-A”: Təbii ərazidə gizlənə bilən sabit qanadlı pilotsuz uçuş aparatı. Quru, dəniz və hava hədəflərinə sürətli sürü hücumları həyata keçirə bilir.
“Interceptigon-N”: Su altında gizlənə və hərəkətsiz vəziyyətdə gözləyə bilən insansız dəniz platforması. Xüsusilə liman girişlərində, dar boğazlarda və kritik keçid nöqtələrində qəfil hücum imkanını təmin edir.
Hər iki platforma avtonom terminal naviqasiya imkanlarına malikdir, ya müstəqil olaraq, ya da sürü birləşmələrində koordinasiyalı şəkildə missiyaları yerinə yetirə bilər.
Bu xüsusiyyətlərlə yüksək qiymətə malik ənənəvi platformalara nisbətən ədədi üstünlük və xərc üstünlüyü təmin etmək hədəflənir.
Sevinc Əliyeva
Ordu.az