Tayvan: Ada ətrafındakı Çin fəaliyyətləri getdikcə kritik hala gəlir

2025/05/1746519737.jpg
Oxunub: 483     16:21     06 May 2025    
Çinin hərbi təzyiqi artırması ilə Tayvan boğazında gərginlik artmaqda davam etdiyi üçün Tayvan administrasiyasının Müdafiə Nazirliyi ada ətrafında düşmənçilik fəaliyyətinin əhəmiyyətli dərəcədə artdığını açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Tayvan administrasiyasının Müdafiə Nazirliyinin verdiyi məlumata görə, bazar günü Tayvan yaxınlığında Xalq Azadlıq Ordusuna məxsus azı 8 təyyarə, 7 gəmi və bir neçə qayıq fəaliyyət göstərib.

Təyyarələrdən 6-sı Tayvan boğazının orta xəttini keçərək, Tayvanın şimal, cənub-qərb və şərq Hava Hücumundan Müdafiə Müəyyənetmə Zonalarına (ADIZ) daxil olub.

Tayvan administrasiyasının müdafiə rəsmiləri vəziyyəti yaxından izlədiklərini və müvafiq cavablar verdiklərini açıqlayarkən, Tayvan administrasiyasının Müdafiə Nazirliyi “X” səhifəsində vəziyyətin getdikcə kritikləşdiyini qeyd edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tayvan   Çin  


Bizi "telegram"da izləyin