Ordu.az xəbər verir ki, bunu “RİA Novosti”yə Almaniya konstitusiya və suverenlik şurasının rəhbəri Ralf Nimayer bildirib.
"O həmişə belə görkəmli rol oynamağa, böyük lider olmağa çalışıb. Əslində, bu vəzifə cəmi bir il müddətinə verilir və xüsusi tapşırıqlar nəzərdə tutmur. Bir neçə toplantı keçirmək lazımdır", - o qeyd edib.
Siyasətçi bildirib ki, Berbok sadəcə karyerasını taclandırmaq istəyir ki, sonradan Baş Assambleyanın sədri olduğunu deyə bilsin.
Bundan əvvəl “Focus” nəşri yazmışdı ki, Berbokun BMT Baş Assambleyasının rəhbəri vəzifəsinə təyin edilməsi Berlini təşkilatın Təhlükəsizlik Şurasında yerindən məhrum edə bilər.
Ordu.az