İran ABŞ-dən müraciət edənlər üçün viza müddətini azaldıb

2025/05/1746509346.jpg
Oxunub: 3671     09:26     06 May 2025    
İran ABŞ-dən müraciət edənlər üçün turist və giriş vizalarının etibarlılıq müddətini azaldıb.

Ordu.az-ın məlumatına görə, bu barədə Vaşinqtondakı İranın Maraqların Müdafiəsi İdarəsi məlumat yayıb.

"İran İslam Respublikasına viza üçün müraciət edənlərin nəzərinə çatdırırıq ki, 2025-ci il mayın 1-dən turist və giriş vizalarının etibarlılıq müddəti 90 gündən 45 günə endiriləcək", - deyə bildirilib.

Həmçinin qeyd edilib ki, bu tarixdən etibarən viza sahibləri yalnız vizanın verildiyi tarixdən etibarən 45 gün müddətinə İrana daxil ola biləcəklər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ   Viza  


Bizi "telegram"da izləyin