ABŞ Senatına Tayvanla əlaqələri genişləndirmək barədə qanun layihəsi təqdim edilib

2025/05/1746508845.jpg
Oxunub: 449     08:33     06 May 2025    
Senatorlar Con Kertis (Yuta ştatından respublikaçı - red) və Ceff Merkli (Oreqon ştatından demokrat - red.) ABŞ Konqresinin yuxarı palatasına Tayvanla əlaqələri dərinləşdirmək üçün qanun layihəsi təqdim ediblər.

Ordu.az-ın xəbərinə görə, layihə Tayvandakı Amerika İnstitutunun (ABŞ-nin adadakı de-fakto faktiki səfirliyi) direktorunun Senatda təsdiqini nəzərdə tutur, həmçinin federal hökumətə Tayvan siyasəti ilə bağlı idarələrarası işçi qrupu yaratmağı tapşırır.

Bundan əlavə, mətndə bildirilir ki, ABŞ administrasiyası Tayvanın beynəlxalq təşkilatların işində iştirakını asanlaşdırmalı, həmçinin adaya tamhüquqlu üzv statusu verməyə çalışmalıdır.

Qanun layihəsində Vaşinqton və Taypey arasında ticarət-iqtisadi əlaqələrin gücləndirilməsinin, eləcə də təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsinin zəruriliyi vurğulanır.

Bundan əlavə, layihə Tayvan hərbçilərinin ikitərəfli və çoxtərəfli hərbi manevrlərə dəvət edilməsini, habelə ABŞ və Tayvan arasında kommersiya silahlarının tədarükü ilə bağlı müntəzəm məsləhətləşmələrin aparılmasını nəzərdə tutur.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Senat   Tayvan  


Bizi "telegram"da izləyin