Rusiyanın “Şeremetyevo” və “Vnukovo” hava limanlarında məhdudiyyətlər götürülüb - YENİLƏNİB

2024/01/65a8f-1705572892.jpg
Oxunub: 4003     06:21     06 May 2025    
Rusiyanın paytaxtı Moskva vaxtı ilə saat 03:39-da (Bakı vaxtı ilə 04:39 - red.) “Şeremetyevo” və “Vnukovo” hava limanlarında təyyarələrin eniş-uçuşuna qoyulan məhdudiyyətlər götürülüb.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə “Rosaviasiya” məlumat yayıb.

"Şeremetyevo və Vnukovo hava limanlarında Moskva vaxtı ilə saat 03:39-da (Bakı vaxtı ilə 04:39 - red.) hava gəmilərinin enişi və uçuşu ilə bağlı məhdudiyyətlər götürülüb. Məhdudiyyətlər mülki təyyarələrin uçuşlarının təhlükəsizliyini təmin etmək məqsədilə tətbiq olunub", - məlumatda deyilir.

Paytaxtın “Domodedovo” və “Jukovski” hava limanlarında, eləcə də Kaluqa, Volqoqrad, Saratov və Samara hava limanlarında təyyarələrin enişi və uçuşu ilə bağlı məhdudiyyətlər qüvvədə qalır.

***

Başqa şəhərlərdən Rusiyanın paytaxtı Moskvaya uçan azı 10 təyyarə paytaxt hava limanlarının fəaliyyətinə qoyulan məhdudiyyətlər səbəbindən müvəqqəti olaraq Nijni Novqorod və Sankt-Peterburq hava limanlarına enişə istiqamətləndirilib.

Bu barədə Ordu.az TASS-a istinadən xəbər verir.

Xüsusən Dalaman, Antalya, Soçi, Belqrad, Kalininqrad, Sankt-Peterburq, Hurqada, İstanbul və Dubaydan uçuşlara aiddir. “Məhdudiyyətlər aradan qaldırıldıqdan sonra təyyarələr təyinat yerinə çatacaq”, - informasiya xidmətlərinin nümayəndələri izah ediblər.

Qeyd edək ki, bundan əvvəl “Rosaviasiya” mülki təyyarələrin uçuşlarının təhlükəsizliyini təmin etmək məqsədilə yerli vaxtla saat 00:57-dən (Bakı vaxtı ilə saat 01:57) etibarən “Vnukovo”, “Domodedovo” və “Jukovski” hava limanlarının fəaliyyəti üçün müvəqqəti məhdudiyyətlərin tətbiq edildiyini bildirib. Yerli vaxtla saat 01:15-dən (Bakı vaxtı ilə saat 02:15) etibarən “Şeremetyevo” hava limanında da analoji məhdudiyyətlər qüvvədədir. "Hava limanları müvəqqəti olaraq reysləri qəbul etmir və ya göndərmir", - qurumun açıqlamasında deyilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Şeremetyevo   Vnukovo  


Bizi "telegram"da izləyin