Əsədin hakimiyyətdən getmməsi Aİ-də sığınacaq axtaranların sayını azaldıb

2025/05/1746508318.jpg
Oxunub: 389     03:57     06 May 2025    
Suriyada Bəşşar Əsəd rejiminin devrilməsindən sonra ölkə vətəndaşlarının Avropa İttifaqına (Aİ) sığınacaq üçün müraciətlərinin sayı ən aşağı həddə çatıb.

Ordu.az "Le Figaro"ya istinadən xəbər verir ki, bu barədə Avropanın Sığınacaq Agentliyi (EUAA) məlumat yayıb.

“Fevralda 5 min suriyalı Avropadan sığınacaq istəyib ki, bu, tarixən 10 ildən çox müddətdə müşahidə olunmayan aşağı rəqəmdir”, - agentliyin məlumatlarında qeyd olunur.

EUAA-nın məlumatına görə, ölkənin müxalif qüvvələrinin 2024-cü ilin dekabrında hakimiyyətə gəlməsi Avropada sığınacaqla bağlı vəziyyətin əhəmiyyətli dəyişməsinə səbəb olub, müraciətlərin sayı 2024-cü ilin oktyabr ayı ilə müqayisədə 70 % azalıb.

Suriyalılar indiyədək Aİ-nin 27 ölkəsində onlara verilən müdafiədən faydalanıblar.

“Sığınacaqla bağlı son statistika başqa yerlərdə sabitliyin Avropa üçün nə qədər vacib olduğunu göstərir”, - Aİ-nin daxili işlər və miqrasiya üzrə komissarı Maqnus Brunner yeni vəziyyəti şərh edərkən deyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Əsəd    


Bizi "telegram"da izləyin