Odessa və ətrafı Rusiya dronlarının hücumuna məruz qalıb

2025/05/1746507851.jpg
Oxunub: 367     01:55     06 May 2025    
Ukraynanın Odessa şəhəri və Odessa vilayəti Rusiya Silahlı Qüvvələrinin Qara dəniz istiqamətindən buraxdığı kamikadze dronlarının hücumuna məruz qalır.

Ordu.az xəbər verir ki, bu barədə "Unian" məlumat yayıb.

Məlumata görə, Odessada bir sıra mülki infrastruktur obyektlərinə ziyan dəyib. Hücum nəticəsində bir neçə fərdi yaşayış evi zədələnib, bəzi ərazilərdə yanğınlar baş verib. Ərazi üzrə axtarış-xilasetmə işləri zamanı evlərdən birində bir nəfərin meyiti aşkarlanıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Odessa   Rusiya  


Bizi "telegram"da izləyin