Ordu.az xəbər verir ki, bu barədə “Defence Blog” məlumat yayıb.
Bildirilib ki, aprelin 24-də Nyu-Meksikoda “White Sands” Raket Sınaq Poliqonunda keçirilən sınaqlarda raket mənzil, etibarlılıq və dəqiqlik kimi əsas performans meyarlarına cavab verib.
ABŞ ordusunun raket və kosmik proqramlar üzrə meneceri general-mayor Frank Lozano açıqlamasında bildirib: “PrSM” hərbi qulluqçularımızı uzun mənzilli, dəqiq və effektiv zərbə qabiliyyəti ilə təmin edəcək. Bu, döyüş meydanında oyun dəyişdirici bir sistemdir”.
400 kilometrdən çox mənzilə sahib olacaq şəkildə dizayn edilən “PrSM” ordunun modernləşdirmə səylərinin bir hissəsi kimi hazırlanır.
Proqram 2018-ci ildə qurulan və sürətləndirilmiş müdafiə layihələrinə fokuslanan “Cross Functional Teams” (CFT) strukturu çərçivəsində bu mərhələyə çatan ilk layihə olub.
Sevinc Əliyeva
Ordu.az