Ordu.az xəbər verir ki, STM baş direktoru Özgür Güleryüz yerli kamikadze FPV tipli PUA-nın müştərilərə nümayiş etdirildiyini açıqlayıb.
Güleryüz məsələ ilə bağlı açıqlamasında qeyd edib:
“Ən aktual mövzulardan biri FPV tipli PUA-lardır. Onun nümayişləri müştərilərə də edilib. Çox uğurlu nəticələr əldə etdik. İnşallah, STM olaraq, biz onu çox qısa zamanda, çox qısa müddətdə istifadəyə verəcəyik.
Amma biz mühəndislik şirkətiyik. Hər kəs Ukrayna-Rusiya müharibəsi zamanı FPV PUA-larının həqiqətən nə qədər effektiv olduğunu gördü. İnanırıq ki, bir az daha çox mühəndislik, bir az daha səriştə əlavə etməklə və əslində FPV tipli PUA-ların ən böyük problemlərindən birinə, yəni “çətin istifadə”yə müəyyən həllər yaratmaqla, fərq yaradacaq bir məhsula gələcəyik.
Ən böyük üstünlüyümüz odur ki, məhsullarımızın əksəriyyəti faktiki olaraq birbaşa sahədə istifadə olunur, ona görə də onlar real müharibə şəraitindən istifadə edilərək hazırlanmış məhsullardır. Orada yaşanan problemləri çox yaxşı bilirik. Onlar üçün hansı həll yollarının ola biləcəyini çox yaxşı bilirik. Digər platformalarımızda da eyni şəkildə inteqrasiya olunmuş həllərimiz var.
Bu mənada FPV tipli PUA-lar bütün sahədən əldə edilən təcrübə ilə real ehtiyaclara həll yolu təqdim edə biləcək. O, fiber optik kabellər kimi variantlar da daxil olmaqla, radioelektron mübarizəyə mümkün qədər davamlı bir həll ailəsi kimi gələcək”.
Sevinc Əliyeva
Ordu.az