Ordu.az xəbər verir ki, “Cavalon Sentinel” tipli hava platformasında olan iki heyət yaralı halda xilas edilib.
Qəzada iştirak edən şəxsi heyətin həyatı üçün təhlükə yoxdur.
Qəza patrul uçuşu zamanı baş verib. Adananın Sarıçam bölgəsində naməlum səbəbdən J109 bort nömrəli girokopter əkinçilik sahəsinə məcburi eniş edib.
Dərhal əraziyə axtarış-xilasetmə və tibb qrupları göndərilib. Yaralı 2 Jandarma əməkdaşı xəstəxanaya aparılıb.
Adana Şəhər Xəstəxanasında ilk müayinədən keçən personalın sağlamlıq vəziyyətinin yaxşı olduğu və həyatları üçün təhlükə olmadığı öyrənilib.
Türkiyə Jandarma Aviasiyası ilk olaraq regional uçuşlar üçün inventarına 2023 girokopter tipli hava platforması əlavə edib. Girokopterlərə yerli kamera sistemi inteqrasiya edilib. Hava platformasının səmərəliliyinin artırılması hesabına girokopterlərin sayı 9-a çatdırılıb.
Helikopterlərdən qat-qat aşağı uçuş əməliyyat xərclərinə malik olan girokopterlər havadan müşahidə və komanda-idarəetmə məqsədləri üçün istifadə olunur.
Sevinc Əliyeva
Ordu.az