İsrailin Qəzzaya endirdiyi zərbələr nəticəsində 19 nəfər ölüb

2025/05/1746421013.jpg
Oxunub: 359     06:29     05 May 2025    
İsrailin Qəzzanın şimalına endirdiyi zərbələr nəticəsində azı 19 nəfər ölüb.

Ordu.az xəbər verir ki, bu barədə Qətərin “əl-Cəzira” telekanalı məlumat yayıb.

Məlumata görə, İsrail ordusu bu gecə Qəzza və Beyt Lahia şəhərlərində yaşayış binalarına zərbələr endirib.

Hücum nəticəsində 15 nəfər yaralanıb, itkin düşənlər də var.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Qəzza  


Bizi "telegram"da izləyin