Nikaraqua UNESCO-dan çıxmaqla bağlı qərar qəbul edib

2025/03/1741936480.jpg
Oxunub: 364     03:42     05 May 2025    
Nikaraqua Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatından (UNESCO) çıxmaqla bağlı qərar qəbul edib.

Ordu.az xəbər verir ki, bu haqda xarici işlər naziri Valdrak Jentzke açıqlayıb.

Ölkənin UNESCO-dan çıxmasının səbəbi isə qurumun “La Prensa” qəzetinə mükafat verməsi olub. Belə ki, Nikaraqua hakimiyyəti bu qəzeti zorakılıq və qəddarlığı, həmçinin ABŞ-ın Nikaraquadakı işlərinə müdaxilə siyasətini təbliğ edən nəşr kimi qəbul edir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Nikaraqua   UNESCO  


Bizi "telegram"da izləyin