Türkiyənin Müdafiə Sənayesi İxracatı: Aprel 2025

2025/05/1746280107.jpg
Oxunub: 679     09:58     06 May 2025    
Türkiyənin müdafiə və aviasiya sənayesi 2025-ci ilin aprel ayında 539 milyon dollarlıq ixracatla yeni rekorda imza atıb.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 54% artım deməkdir.

2025-ci ilin yanvar ayında sektorun ixracı əvvəlki ilin eyni ayına nisbətən 16% artaraq, 383 milyon 148 min dollara, 2025-ci ilin fevral ayında isə ixracat 44% artaraq, 434 milyon dollara çatıb.

2025-ci ilin mart ayında ixrac rəqəmi 884,2 milyon dollara çatıb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 147% artım deməkdir.

Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün sosial media hesabında bildirib:

“Müdafiə və Aviasiya Sənayesi İxracında Yeni Zirvə!

2025-ci ilin aprel ayında müdafiə və aviasiya sənayemiz 54% artımla 539 milyon dollarlıq ixracat həyata keçirib. Yanvar-aprel dövründə ixracımız 67% artaraq, 2 milyard 238 milyon dollara çatıb. Son 12 ayda ümumilikdə 42% artımla 7 milyard 635 milyon dollar olaraq qeydə alındı.

Bu rəqəmlər bir anlıq uğur deyil, əzmlə davam etdirilən və strateji addımlarla dəstəklənən yüksəlişin göstəricisidir. Müdafiə Sənayesi Komitəsi olaraq yüksək texnologiyaya əsaslanan, yüksək əlavə dəyərli məhsullarla ixracın davamlılığını təmin etmək üçün var gücümüzlə çalışırıq. Biz birlikdə iri şirkətlərdən KOBİ-lara qədər uzanan bu uğur zəncirini daha da gücləndirəcəyik”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   İxracat   Aprel  


Bizi "telegram"da izləyin