“Airbus” A400M nəqliyyat təyyarələri üçün Latın Amerikası bazarında müştərilərin axtarışını sürətləndirir

2025/05/1746279906.jpg
Oxunub: 493     16:29     06 May 2025    
Avropanın aviasiya nəhəngi “Airbus” “A400M Atlas” hərbi nəqliyyat təyyarələrinin ixracını artırmaq üçün diqqətini Latın Amerikası bazarına yönəldib.

Ordu.az xəbər verir ki, “Airbus” rəsmiləri Meksikada keçirilən “FAMEX 2025 Airshow”da bölgədəki dörd ölkə ilə əlaqə saxladıqlarını açıqlayıblar.

A400M layihəsi 2010-cu ildə Fransa, Almaniya, Böyük Britaniya, İspaniya, Belçika, Lüksemburq və Türkiyə ilə ortaq şəkildə davam edərkən, texniki problemlər səbəbindən dəyəri artıb.

Buna cavab olaraq tərəfdaş ölkələr 3,5 milyard avro məbləğində əlavə maliyyə ayırıblar. “Airbus” o zaman A400M-in ixrac potensialını 400 təyyarə ilə qiymətləndirsə də, bu günə qədər Qazaxıstandan (2 ədəd) və İndoneziyadan (6 ədəd, 4 variantlı) yalnız məhdud sifarişlər alıb.

Sifarişlərin məhdud qalması və bəzi iştirakçı ölkələrin (Fransa və İspaniya) ilkin olaraq planlaşdırılan satınalma miqdarlarını azaltmağı nəzərdən keçirməsi səbəbindən “Airbus” 2028 və ya 2029-cu illərdə A400M istehsal xəttini bağlamağı düşünür.

Bu səbəbdən şirkət yeni bazarlar axtarışını Yaxın Şərq, Avropa və indi də Latın Amerikasına yönəldib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Airbus   A400M  


Bizi "telegram"da izləyin