Ordu.az xəbər verir ki, yeni sistem təkcə Radioelektron Mübarizə (REM) imkanlarını artırmır, həm də pilotlu və pilotsuz uçuş aparatları arasında əməkdaşlığa əsaslanan gələcək əməliyyat konsepsiyalarına yol açır.
“StormShroud” əvvəllər Ukraynada xidmət edən AR3 tipli PUA-nın bazası əsasında hazırlanıb. 100 kilometr mənzilli bu PUA Britaniya-Portuqaliya tərəfdaşlığı “Tekever” tərəfindən hazırlanıb.
PUA-nın gövdəsində “Leonardo UK” tərəfindən istehsal olunan “BriteStorm” adlı yüksək tutumlu radar qarışdırma sistemi var. Bu sistem ya birbaşa düşmən radarlarını söndürə bilər, ya da saxta “kabus” reaktiv siqnalları yaradaraq, onları aldada bilər.
RAF-dan verilən açıqlamada Britaniyanın bu sistem sayəsində ilk dəfə ekipaj ehtiyacı olmadan yüksək səviyyəli REM qabiliyyətinə nail olduğu vurğulanıb.
Sevinc Əliyeva
Ordu.az