Ordu.az xəbər verir ki, xüsusilə İtaliyanın Baş naziri Corcia Meloni ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Romada keçirilən görüşə toxunan Mitsotakis Aİ liderlərini diqqətli olmağa çağırıb.
“Strateji tərəfdaşlıq qurduğumuz ölkələr Aİ üzvü deyilsə, bu əlaqələr bütün üzv dövlətlərin təhlükəsizlik maraqları nəzərə alınmaqla qurulmalıdır. Günün sonunda məqsədimiz asılılıqları artırmaq deyil, azaltmaq olmalıdır. Bizim Avropa müdafiə sənayemiz vasitəsilə buna nail olmaq imkanımız var”, - deyə Mitsotakis qeyd edib.
Bu bəyanatlar İtaliya ilə Türkiyə arasında dərinləşən müdafiə sənayesi əməkdaşlığının kölgəsində verilib.
Roma və Ankara “Baykar” və “Leonardo” arasında mümkün əməkdaşlıqlar, habelə türkiyəli investorlar tərəfindən “Piaggio Aerospace” şirkətinin alınması ilə müdafiə sektorunda tərəfdaşlıqlarını dərinləşdirir.
Bu inkişaf Türkiyə müdafiə sənayesinin Avropa bazarına birbaşa çıxış əldə edə biləcəyi bir platforma yaradır.
Sevinc Əliyeva
Ordu.az