“Turaç” NATO Tədarük Agentliyinə qoşulan Türkiyənin ilk özəl sursat istehsalçısı oldu

2025/05/1746261966.jpg
Oxunub: 708     16:55     06 May 2025    
Türkiyənin qabaqcıl silah-sursat istehsalçılarından biri olan “Turaç” NATO Tədarük və Dəstək Agentliyi (NSPA) sisteminə qəbul edilərək, mühüm uğur qazanıb.

Ordu.az xəbər verir ki, şirkət NSPA-ya qoşulan Türkiyənin ilk özəl sursat istehsalçısı olub.

“Turaç”ın NSPA sisteminə daxil edilməsi şirkətin beynəlxalq müdafiə tədarükü zəncirində görünmə qabiliyyətini və etibarlılığını artırmaqla yanaşı, NATO ölkələri ilə silah-sursat tədarükü müqavilələrinə zəmin yaratmaqla, qlobal əməkdaşlıq potensialını gücləndirir.

Bu inkişaf Türkiyədəki özəl müdafiə sənayesi şirkətlərinin NATO mexanizmlərinə inteqrasiyası baxımından böyük əhəmiyyət kəsb etməklə yanaşı, “Turaç”ın beynəlxalq standartlara uyğunlaşma bacarığını və etibarlı tədarük infrastrukturunu da nümayiş etdirir.

Qeyri-kommersiya əsasında fəaliyyət göstərən və müştərilər tərəfindən maliyyələşdirilən agentlik NATO-nun effektivliyini və xərclərin səmərəliliyini artırmaq missiyasına malikdir.

Agentlik NATO-nun Dəstək və Tədarük Təşkilatı (NSPO) çərçivəsində fəaliyyət göstərir və Şimali Atlantika Şurası tərəfindən təsdiq edilmiş qaydalar əsasında fəaliyyət göstərir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Turaç   NATO  


Bizi "telegram"da izləyin