Yunanıstan yeni freqatlar üçün PUA-lar alacaq

2025/05/1746261326.jpg
Oxunub: 460     14:54     06 May 2025    
Yunanıstan Hərbi Dəniz Qüvvələri “Belharra” freqatları üçün CAMCOPTER S-100 Pilotsuz Uçuş Aparatları (PUA) alacaq.

Ordu.az xəbər verir ki, Yunanıstan Müdafiə Nazirliyinin nəzarəti altında həyata keçirilən PUA satınalma proqramı çərçivəsində CAMCOPTER S-100 sistemlərinin müvəqqəti podratçısı olaraq Avstriyada yerləşən “Schiebel Aircraft GmbH” seçilib.

Sözügedən qərarın 2025-ci il aprelin 28-də qəbul edildiyini bildirən bəzi Yunanıstan mənbələri satın alınacaq sistemlərin silahlanma ehtimalının olduğunu da bildirirlər.

Qərarla yanaşı, “Schiebel”in təqdim etdiyi texniki-iqtisadi təklifin sənədləri də rəsmi olaraq qəbul edilib. Bu çərçivədə 8 ədəd CAMCOPTER S-100-ün alınacağı açıqlanıb.

Təxminən 41 milyon avro dəyərində olan layihə Yunanıstan parlamentinin Daimi Müdafiə və Silahlanma Proqramları Komitəsi tərəfindən 2024-cü il iyunun 27-də təsdiqlənib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yunanıstan   CAMCOPTERS-100  


Bizi "telegram"da izləyin