ABŞ Dəniz Piyadalarının son dövrdə sınaqdan keçirdiyi raketin “Red Wolf” adlı mini qanadlı raket olduğu açıqlanıb

2025/05/1746261237.jpg
Oxunub: 475     14:32     06 May 2025    
ABŞ Dəniz Piyadalarının son dövrdə sınaqdan keçirdiyi raketin “Red Wolf” adlı mini qanadlı raket olduğu açıqlanıb.

Ordu.az xəbər verir ki, bu ilin əvvəlində paylaşılan bir fotoşəkildə ABŞ Dəniz Piyadaları Korpusunun “AH-1Z Viper” hücum helikopterinin qanadlarında daha öncə bilinməyən döyüş sursatları əks olunub.

ABŞ Dəniz Piyadaları Korpusu verdiyi açıqlamada yeni Uzun Mənzilli Dəqiq Atış (LRPF) qabiliyyətinin ilk istifadə sınağının uğurla həyata keçirildiyini açıqlayıb.

Bu sursatların “L3Harris” tərəfindən hazırlanmış “Red Wolf” ailəsinə məxsus mini qanadlı raketlər olduğu müəyyən edilib.

“The War Zone”un məlumatına görə, ABŞ Dəniz Piyadaları Korpusu AH-1Z helikopterlərini xüsusilə quru və dəniz hədəflərinə qarşı yeni uzun mənzilli zərbə qabiliyyəti ilə təmin etmək üçün bu sistemi qiymətləndirir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Red-Wolf  


Bizi "telegram"da izləyin