“SubSea Craft” yeni İDP-si MARS-ı təqdim edib

2025/05/1746260977.jpg
Oxunub: 455     14:00     06 May 2025    
Böyük Britaniyada yerləşən dəniz texnologiyaları şirkəti “SubSea Craft” (SSC) yeni nəsil İnsansız Dəniz Platforması (İDP) MARS-ı ictimaiyyətə təqdim edib.

Ordu.az xəbər verir ki, MARS İDP-si cəmi 100 gün ərzində hazırlanıb və istifadəyə verilib.

Platforma aşağı radar izi, missiyaya uyğunlaşma qabiliyyəti və avtonom hərəkət qabiliyyəti ilə seçilir. MARS-ın xüsusilə yüksək təhlükəli mühitlərdə işləmək üçün hazırlandığı bildirilib.

“SubSea Craft” daha öncə VICTA adlı dalğıc daşıma platformasını istehsal edib. MARS şirkətin ikinci ən böyük platforması olub.

MARS-ın fərqli missiya sahələrinə uyğunlaşmaq üçün nəzərdə tutulduğu bildirilir, İDP-nin əsas istifadə sahələrinə kəşfiyyat, müşahidə və aşkarlama (ISR) missiyaları, habelə qabaqcıl donanma dəstəyi daxildir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: SubSea-Craft   İDP   MARS  


Bizi "telegram"da izləyin