Latviya istehsalı olan BEAK PUA-ları Ukrayna ordusunda aktiv xidmətdədir

2025/05/1746260899.jpg
Oxunub: 431     13:37     06 May 2025    
Ukrayna Silahlı Qüvvələri Latviyada yerləşən “Origin Robotics” şirkəti tərəfindən hazırlanmış BEAK model Pilotsuz Uçuş Aparatlarından (PUA) fəal şəkildə istifadə edir.

Ordu.az xəbər verir ki, bu barədə “Forbes” nəşri məlumat yayıb.

“Forbes” jurnalının məlumatına görə, bu kiçik, lakin effektiv PUA-lar həm kəşfiyyat, həm də hücum missiyalarında xidmət edir.

Latviyanın müdafiə rəsmiləri aprelin 29-da Ukraynaya 1500 hücum PUA-sından ibarət yeni partiyanın çatdırıldığını elan ediblər. Bu çatdırılma 2025-ci ilin birinci yarısında iki Latviya şirkəti tərəfindən istehsal olunacaq cəmi 12 000 PUA üçün daha böyük sifarişin bir hissəsidir. Paketin çatdırılmasının təxmini dəyərinin 17 milyon avro olduğu açıqlanıb.

“Origin Robotics” tərəfindən hazırlanan BEAK PUA-sı 15 kilometrə qədər uçuş məsafəsinə malikdir və radioelektron mübarizə sistemlərinə davamlı olacaq şəkildə dizayn edilib. Hərbi standart komponentlərlə qurulan platformanın maksimum uçuş çəkisi 11 kiloqram, sursatın ümumi çəkisi isə 4 kiloqramdır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Latviya   BEAK   PUA  


Bizi "telegram"da izləyin