ASELSAN sabit artımını davam etdirir

2025/04/2025--1745998292.jpg
Oxunub: 545     19:48     04 May 2025    
Oyun dəyişdirici texnologiyalar inkişaf etdirən, ixracata diqqət yetirərək böyüyən və öz sahəsində ən yaxşı məhsulları istehsal edən ASELSAN-ın 2025-ci ilin birinci rübündəki gəliri ötən ilin eyni dövrü ilə müqayisədə real olaraq 9% artaraq, 22,8 milyard Türkiyə lirəsinə çatıb.

Ordu.az xəbər verir ki, hava hücumundan müdafiə sistemləri, silah sistemləri, radar, radioelektron mübarizə, elektro-optika, dəniz sistemləri və hərbi rabitə sistemləri üzrə tədarüklər sözügedən dövr ərzində əldə edilən gəlirin əhəmiyyətli hissəsini təşkil edib.

Əməliyyat səmərəliliyini fəaliyyətinin mərkəzində saxlayan ASELSAN-ın EBITDA marjası müvafiq dövrdə 23% təşkil edib. EBITDA əvvəlki dövrlə müqayisədə real olaraq, 10% artaraq 5,1 milyard Türkiyə lirəsinə çatıb.

Ardıcıl iki il ərzində Alınan İş/Satış nisbətini 2-dən yuxarı səviyyədə saxlamağı bacaran ASELSAN bu göstəricidə əldə etdiyi dinamikanı 2025-ci ilin birinci rübünə qədər qoruyub saxlayaraq, sektor ortalamasının üzərində performans nümayiş etdirməyə davam edib.

Həyata keçirdiyi "Ar-Ge" layihələrinin sayına görə Türkiyədə lider olan ASELSAN "Ar-Ge" xərclərini əvvəlki ilə nisbətən 33% artıraraq, müvafiq dövrdə 250 milyon ABŞ dollarına çatdırıb.

Bundan əlavə, şirkətin investisiya xərcləri ötən ilin eyni dövrü ilə müqayisədə 70% artıb. "Ar-Ge" və kütləvi istehsal üçün investisiya xərclərinin artmağa davam etdiyi ilin ilk 3 ayında ASELSAN-ın maliyyə borcları 8%, kommersiya borcları isə 37% azalıb.

ASELSAN-ın 2024-cü ilin birinci rübünün sonunda 1,07 olan Xalis Borc/EBITDA nisbəti bu dövrdə 0,60 səviyyəsində reallaşıb. Beləliklə, şirkət sənaye üzrə orta səviyyənin altındakı mövqeyini qoruyub saxlamağa nail olub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ASELSAN   Türkiyə  


Bizi "telegram"da izləyin