Mask: “Starship” “Optimus” insanabənzər robotu ilə Marsa 2026-cı ildə göndəriləcək”

2025/02/1740049581.jpg
Oxunub: 411     14:02     15 Mart 2025    
Amerikalı milyarder İlon Mask 2026-cı ilin sonunda göyərtəsində “Optimus” insanabənzər robotunun olacağı “Starship” kosmik gəmisinin Marsa göndəriləcəyini elan edib.

Ordu.az xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsindəki paylaşımında yazıb.

"Starship” gələn ilin sonunda Marsa uçacaq, onun bortunda “Optimus” olacaq", - İ.Mask bildirib və qeyd edib ki, əgər uçuşlar uğurlu keçsə, göyərtəsində insanların olduğu kosmik gəmilər artıq 2029-cu ildə göndərilə bilər.

"İnsanların eniş etməsi üçün daha çox ehtimal olunan tarix 2031-ci ildir", - o əlavə edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Mask   Starship   Optimus   Mars  


Bizi "telegram"da izləyin