Ordu.az xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.
Duda deyib ki, prezident Donald Trampın Qərbi Avropada və ya ABŞ-də saxlanılan ABŞ nüvə başlıqlarını Polşaya yenidən yerləşdirə biləcəyi “açıq-aşkardır”.
Polşa lideri bu yaxınlarda ABŞ-nin Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloqla təklifi müzakirə etdiyini bildirib.
“1999-cu ildə NATO-nun sərhədləri şərqə doğru hərəkət etdi, ona görə də 26 ildən sonra NATO-nun infrastrukturu da şərqə doğru hərəkət etməlidir. Mənim üçün bu, çox aydındır”, - deyə polşalı lider vurğulayıb.
Duda qeyd edib ki, o, 2022-ci ildə keçmiş prezident Co Bayden administrasiyasına uğursuz şəkildə təqdim etdiyi nüvə paylaşma layihəsini canlandırmağa ümid edir.
Sevinc Əliyeva
Ordu.az