Rusiya təyyarələri Cənubi Koreyanın hava hücumundan müdafiə identifikasiya zonasına daxil olub

2025/03/8ed00-1742017408.jpg
Oxunub: 418     09:36     15 Mart 2025    
Yapon dənizi bölgəsində Rusiya təyyarələri Seul tərəfindən birtərəfli qaydada müəyyən edilmiş hava hücumundan müdafiə identifikasiya zonasına daxil olub.

Ordu.az “Yonhap” agentliyinə istinadən xəbər verir ki, bu barədə Koreya Respublikası Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsindən bildirilib.

Təyyarələr yerli vaxtla saat 09:20 radələrində zonaya daxil olub və daha sonra oradan çıxıb. Ölkənin hava məkanı pozulmayıb. Seul Rusiya tərəfinin hava məkanını pozmaq niyyəti olmadığını bildirib. Cənubi Koreya tərəfi buna cavab olaraq öz qırıcı təyyarələrini havaya qaldırıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Cənubi-Koreya   Rusiya  


Bizi "telegram"da izləyin