Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
“Murad AESA” radarı çevik radioelektron şüa sükanı qabiliyyəti ilə eyni vaxtda “hava-hava” və “hava-yer” nişanalmalarını həyata keçirmək qabiliyyətinə malikdir.
Xüsusilə BVR (Beyond Visual Range) raket idarə etmə qabiliyyəti ilə təchiz edilmiş radar bugünkü hava müharibəsində mühüm rol oynayır.
AESA arxitekturası sayəsində radar geniş tezlik diapazonunda yüksək effektivliklə işləyir, eyni zamanda “GaN” (qallium nitrat ) güc artırıcıları və rəqəmsal şüa formalaşdıran texnologiya ilə öz performansını maksimuma çatdırır.
ASELSAN-ın bu texnologiyası “Bayraktar Akıncı” zərbə PUA-sı ilə birləşərək, sahədə əhəmiyyətli bir güc multiplikatoru yaradır.
Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün mövzu ilə bağlı etdiyi paylaşımda qeyd edib:
“Bayraktar Akıncı” “Murad AESA” Radar Performans Sınaq Uçuşunu uğurla tamamladı! Bu kritik texnologiya Türkiyə müdafiə sənayesini gücləndirəcək və Silahlı Qüvvələrimizin bu sahədəki güc multiplikatoru olacaq. “Baykar” və ASELSAN-ı təbrik edir, əməyi keçən hər kəsə təşəkkür edirik. Uğurlar, uğurlar!”.
Sevinc Əliyeva
Ordu.az