Ordu.az xəbər verir ki, Fələstin Jurnalistlər Forumu İsrailin Qəzzanı bombalaması nəticəsində yaralanan jurnalist Əla Əsəd Haşimin vəfat etdiyini açıqlayıb.
Bununla da İsrailin 7 oktyabr 2023-cü ildən Qəzzaya hücumları nəticəsində həlak olan fələstinli jurnalistlərin sayı 206-ya yüksəlib.
Oktyabrın 7-dən bu yana İsrailin Qəzza zolağına hücumları nəticəsində 48 524 fələstinli ölüb, 111 955 nəfər yaralanıb ki, onların da təxminən 17 841-i uşaq və 12 298-i qadındır.
Dağıntılar altında hələ də minlərlə insanın cəsədinin olduğu bildirilir.
Ordu.az