Uitkoff: HƏMAS atəşkəsin uzadılmasına razılıq verməsə ABŞ tədbir görəcək

2025/03/1742014536.jpg
Oxunub: 486     02:47     15 Mart 2025    
HƏMAS Qəzza zolağında atəşkəsin uzadılmasına tezliklə razılıq verməsə ABŞ ona qarşı tədbir görəcək.

Ordu.az xəbər verir ki, bu xəbərdarlıq ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Ağ Evin Milli Təhlükəsizlik Şurasının əməkdaşlarının birgə yazılı bəyanatında yer alıb.

“Çərşənbə axşamı Dohada Stiv Uitkoff və Milli Təhlükəsizlik Şurasının Yaxın Şərq və Şimali Afrika üzrə baş direktoru Erik Treyger Qəzzada daimi atəşkəslə bağlı məsələləri müzakirə etmək məqsədilə atəşkəsin Ramazan və Pasxa bayramlarından sonra da uzadılmasına dair müvəqqəti təklif təqdim ediblər”, - sənəddə qeyd edilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: HƏMAS   Qəzza   ABŞ  


Bizi "telegram"da izləyin