ABŞ Senatı hökumətin maliyyələşdirilməsini uzadacaq qanun layihəsini təsdiqləyib

2024/11/1732164738.jpg
Oxunub: 2020     05:17     15 Mart 2025    
ABŞ Senatı hökumətin maliyyələşdirilməsini sentyabrın 30-dək uzadacaq qanun layihəsini təsdiqləyib.

Ordu.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, qanun layihəsini 54 senator dəstəkləyib, 46-sı sənədin əleyhinə səs verib.

Təsdiq üçün sadə səs çoxluğu tələb olunurdu. Bundan sonra sənəd imzalanmaq üçün artıq onu dəstəklədiyini bildirən ABŞ Prezidenti Donald Trampa göndəriləcək.

Əgər sənəd martın 14-də saat 23:59-a (Bakı vaxtı ilə 15 mart saat 07:59) təsdiq edilməsəydi, hökumətin fəaliyyətinin dayandırılması baş verərdi ki, bu da bəzi dövlət idarə və proqramlarının işini dayandırması, yüz minlərlə dövlət qulluqçusunun maaşlarının müvəqqəti kəsilməsi ilə nəticələnəcək, onların bir çoxu ödənişsiz məzuniyyətə göndəriləcəkdi.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Senat   Hökumət  


Bizi "telegram"da izləyin