G7 Çinin nüvə arsenalını artırmasından narahatdır

2025/02/1739641157.jpg
Oxunub: 374     02:35     15 Mart 2025    
“Böyük Yeddilik” (G7) qrupu ölkələri Çinin artan nüvə arsenalından narahat olduqlarını bildiriblər və onu strateji riskləri azaltmaq üçün daha çox şəffaflıq təmin etməyə çağırıblar.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə G7 xarici işlər nazirlərinin Kanadanın Kvebek əyalətində keçirilən görüşünün yekunları üzrə dərc olunmuş bəyanatında deyilir.

"Biz Çinin hərbi gücünü artırmasından və nüvə silahı arsenalının sürətlə genişlənməsinin davam etməsindən narahatıq. Biz Çini strateji riskləri azaltmaq və şəffaflıq vasitəsilə sabitliyi təşviq etmək üçün müzakirələrdə iştiraka çağırdıq", - sənəddə deyilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: G7   Çin   Nüvə  


Bizi "telegram"da izləyin