Cənubi Koreya yerli istehsal olan “Ure” raketini nümayiş etdirib

2025/03/1741940942.jpg
Oxunub: 519     09:28     15 Mart 2025    
Cənubi Koreya həm bunker dəlici raket, həm də nüvə başlığı daşıya biləcəyi deyilən yeni raketini nümayiş etdirib.

Ordu.az xəbər verir ki, bu barədə “Yonhap” Xəbər Agentliyi məlumat yayıb.

Məlumata görə, Cənubi Koreya Şimali Koreyanın artilleriya mövqelərini zərərsizləşdirmək üçün nəzərdə tutulan və yerli olaraq istehsal edilən “yer-yer” raketini buraxıb.

“Ure” adlanan raket Şimali Koreyanın bir çoxu Seulun zərbə məsafəsində olan uzun mənzilli artilleriya bölmələrini hədəfə ala biləcək.

Cənubi koreyalı hərbi ekspertlərin fikrincə, 180 kilometr mənzilli raket gərginliyin artması fonunda Cənubi Koreyanın çəkindirmə gücünü xeyli artıracaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Cənubi-Koreya   Ure  


Bizi "telegram"da izləyin