“Baykar” və “Leonardo” əməkdaşlığında yeni detallar məlum olub

2025/03/1741846022.jpg
Oxunub: 510     15:05     15 Mart 2025    
“Baykar” və “Leonardo” arasındakı əməkdaşlıq müqaviləsinin təfərrüatları aydınlaşmağa başlayır.

Ordu.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, İtalyan müdafiə şirkəti “Leonardo” tərəfindən istehsal edilən müxtəlif sistemlər “Baykar”ın zərbə tipli Pilotsuz Uçuş Aparatlarına (PUA) inteqrasiya olunacaq.

“Leonardo” baş direktoru Roberto Cinqolani şirkətin “Baykar” platformalarını qabaqcıl sensorlar və radioelektron sistemlərlə təchiz edəcəyini açıqlayıb. Bu çərçivədə “Leonardo”nun istehsal etdiyi müxtəlif sensorlar və Radioelektron Mübarizə (REM) sistemləri “Baykar” istehsalı olan zərbə PUA-sı platformalarına inteqrasiya ediləcək.

Cinqolani “Baykar” və “Leonardo” müştərək təşəbbüsü çərçivəsində “Leonardo”nun “Britestorm” REM, “Gabbiano” X-Diapazon Radar, “Skyward” İnfraqırmızı Axtarış və İzləmə sistemlərinin “Baykar” zərbə PUA-larına inteqrasiya ediləcəyini bildirib.

Şirkət 2029-cu ilə qədər “Baykar” və “Leonardo” əməkdaşlığından 600 milyon avro gəlir əldə etməyi gözləyir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Baykar   Leonardo  


Bizi "telegram"da izləyin