ABŞ 20 ədəd yeraltı anti-ballistik raket silosu inşa edib

2025/03/1741673167.jpg
Oxunub: 508     11:05     15 Mart 2025    
“Boeing” şirkəti Alyaskadakı “Fort Greely” hərbi bazasında yerüstü raketdən müdafiə sistemi üçün 20 ədəd yeni silosun inşasını başa çatdırıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu yeni siloslar atəşə hazır anti-ballistik raketlərin sayını 40-dan 60-a çatdırmaqla, Şimali Koreya və İrandan gələn qitələrarası ballistik raket təhdidlərinə qarşı çıxmağı hədəfləyir.

“Boeing” əlavə edilən 20 ədəd silosdan ilkini rəsmi olaraq tamamladığını açıqlayıb. Bu siloslar 20 ildən artıq tarixə malik Quru Əsaslı Orta Mənzilli Müdafiə (GMD) sisteminin bir hissəsidir.

GMD Şimali Koreya və İran kimi ölkələrin raket təhdidlərinə qarşı çıxmaq üçün nəzərdə tutulub.

Bu siloslar bloklayıcıların hazırlığını və effektivliyini təmin edən bitişik yeraltı elektronika otaqlarına sahib silos interfeysi qapaqları ilə birlikdə yerləşdirilir.

Siloslar Alyaskadakı ABŞ hərbi ballistik raketlərinin buraxılış meydançası olan “Fort Greely”də dördüncü raket meydançasında yerləşir. Burada 40 ədəd yürüstü bloklayıcı (GBI) var.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Boeing  


Bizi "telegram"da izləyin