Ağ Ev yaxınlığında atışma olub, silahlı şəxs güllələnib

2025/02/1740287069.jpg
Oxunub: 547     17:04     09 Mart 2025    
Bu gün səhər saatlarında Ağ Ev yaxınlığında ABŞ xüsusi xidmət orqanlarının əməkdaşları ilə silahlı şəxs arasında atışma olub.

Ordu.az-ın xəbərinə görə, bu barədə “Reuters“ məlumat yayıb.

Həmin vaxt Prezident Donald Tramp Ağ evdə deyil, Floridada iqamətgahında olub.

Qeyd edilib ki, xüsusi xidmət orqanları bir şəxsin İndianadan Vaşinqtona gəldiyi, intihar etmək niyyətində olduğu barədə məlumat alıb. Həmin şəxsin avtomobili Ağ Evin yaxınlığında aşkarlanıb. Polis yaxınlaşan zaman isə atəş açmağa başlayıb.

Atışma nəticəsinə yaralanan şəxs xəstəxanaya yerləşdirilib, sağlıq durumu açıqlanmır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ağ-Ev   ABŞ  


Bizi "telegram"da izləyin