Çin, Rusiya və İran birgə hərbi dəniz təlimləri keçirəcək

2025/03/1741506420.jpg
Oxunub: 550     11:05     09 Mart 2025    
Çin, Rusiya və İran martın birinci yarısında İranın Çabahar limanı yaxınlığındakı sularda “Təhlükəsizlik əlaqəsi- 2025” adlı birgə hərbi dəniz təlimləri keçirəcək.

Ordu.az xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Müdafiə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, təlimlər ilk növbədə iştirakçı ölkələrin silahlı qüvvələri arasında qarşılıqlı etimadın və praqmatik əməkdaşlığın dərinləşdirilməsinə xidmət edəcək: "Təlimlər dəniz hədəflərinə hücumları, birgə axtarış-xilasetmə əməliyyatlarını əhatə edəcək".

Qeyd olunur ki, Çin təlimdə iştirak etmək üçün "Baotou" esminesini və "Qaoyu Lake" təchizat gəmisini göndərəcək.

Xatırladaq ki, 2024-cü il noyabrın sonunda Rusiya Aerokosmik Qüvvələri və Çin Hərbi Hava Qüvvələri Yapon dənizi və Şərqi Çin dənizi sularında, həmçinin Sakit Okeanın qərb hissəsində patrul xidməti həyata keçirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   Rusiya   İran  


Bizi "telegram"da izləyin