Qəzzada ölənlərin sayı 48 453 nəfərə çatıb

2025/03/1741503897.jpg
Oxunub: 541     10:55     09 Mart 2025    
Qəzza sektorunda dağıntılar altından daha 6 nəfərin meyiti çıxarılıb.

Ordu.az-ın xəbərinə görə, bu barədə Qəzzadakı səhiyyə qurumu məlumat yayıb.

Bununla da Qəzzada ölənlərin sayı 48 453 nəfərə çatıb.

Son 48 saatda xəstəxanalara 8 yaralı gətirilib. Bununla da Qəzzada yaralananların sayı 111 860 nəfərə çatıb.

Xatırladaq ki, İsraillə HAMAS arasında əsir və girov mübadiləsini nəzərdə tutan razılaşma çərçivəsində yanvarın 19-dan Qəzzada atəşkəs hökm sürür.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qəzza   Ölüm  


Bizi "telegram"da izləyin