Berlində solçu radikallar Bundesverin maşınlarını yandırıblar

2025/03/1741485713.jpg
Oxunub: 604     03:23     09 Mart 2025    
Berlində solçu radikalların Bundesverin maşınlarını yandırıblar.

Ordu.az xəbər verir ki, bu barədə “Bild” qəzeti məlumat yayıb. Hadisə martın 8-nə keçən gecə Şpandau rayonunda baş verib. Yanğını görən yoldan keçənlər dərhal yanğınsöndürənlərə məlumat veriblər.

Sonradan Indymedia onlayn platformasında Agenda2029 adlı qrup hücuma görə məsuliyyəti üzərinə götürüb və bir neçə nəfərin avtomobillərin saxlandığı əraziyə daxil olaraq, maşınların yanına yanan maye qoyduğunu göstərən video yayımlayıb.

Hadisə nəticəsində yeddi hərbi maşına ziyan dəyib.

Faktla bağlı Dövlət Təhlükəsizliyi İdarəsi tərəfindən araşdırma aparılır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Berlin   Bundesver  


Bizi "telegram"da izləyin