ABŞ-nin son nəsil nüvə başlıqları Avropaya gətirilib

2025/03/1741485533.jpg
Oxunub: 532     00:21     09 Mart 2025    
ABŞ-yə məxsus ən yeni nüvə başlıqları Avropanın bir neçə ölkəsinə yerləşdirilib.

Ordu.az xəbər verir ki, bu barədə İtaliyanın Fatto Quotidiano qəzeti ABŞ və Norveçdəki mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, sözügedən məlumatlar silahların yayılmamasına və beynəlxalq nəzarət müqavilələrinə əməl olunmasına nəzarət edən təşkilatlardan əldə edilib.

Hazırda Avropada beş ölkədə – İtaliyada (Aviano və Gedi bazaları), Almaniya, Niderland, Belçika və Türkiyədə ümumilikdə 100 ABŞ nüvə başlığının olduğu bildirilir.

ABŞ-nin bu yaxınlarda həmin ölkələrdə ən son nəsil "B61-12" nüvə başlıqlarını yerləşdirməyə başladığı qeyd olunur. Bu başlıqlar yüksək dəqiqliyə və nisbətən aşağı partlayış gücünə malikdir – Hirosimaya atılan bombadan 50 dəfə zəifdir. Onlar məhdud ərazidə adi hərbi qüvvələri dəstəkləmək üçün nəzərdə tutulub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Nüvə-başlığı   Avropa  


Bizi "telegram"da izləyin