Diyarbəkirdə məşhur kafeyə silahlı hücum olub, ölən və yaralanan var

2025/03/1741485140.jpg
Oxunub: 620     03:05     09 Mart 2025    
Türkiyənin Diyarbəkir şəhərində “Starbucks” qəhvəxanasına silahlı hücum nəticəsində bir nəfər ölüb, digəri isə yaralanıb.

Ordu.az xəbər verir ki, bu barədə İHA məlumat yayıb.

“Diyarbəkirin mərkəzi Bağlar rayonunda <…> ticarət mərkəzindəki “Starbucks”da bayırdan atəş açılması nəticəsində bir qadın həlak olub, bir nəfər də yaralanıb”, – agentlik bildirib. İHA qadının xəstəxanada keçindiyini vurğulayıb.

“Anadolu” agentliyi isə hadisəni törətməkdə şübhəli bilinən şəxsin axtarışlarının aparıldığını açıqlayıb.

Faktla bağlı araşdırma aparılır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Starbucks  


Bizi "telegram"da izləyin