Ordu.az xəbər verir ki, Yaponiyanın Nankai çuxurunda böyük zəlzələyə hazırlığının bir hissəsi olan tədbirdə MHI-nin Kommersiya Aviasiya Sistemləri bölməsi tərəfindən fəlakət nəticəsində dəyən zərərin qiymətləndirilməsi və ağır yardım materiallarının çatdırılması üçün hazırlanmış PUA-lar nümayiş etdirilib.
Təlimdə həm kiçik, həm də orta ölçülü PUA-lardan istifadə olunub. Ağır yüklərin daşınması üçün nəzərdə tutulmuş orta ölçülü PUA 10 m/s-ə qədər olan güclü küləklər altında 150 kq yardım ləvazimatını daşımaq qabiliyyətini nümayiş etdirib.
Nümayiş zamanı kiçik ölçülü PUA öz kamerasından fəlakətdən sonrakı zərəri qiymətləndirmək, zərər çəkmiş ərazilərin və qurbanların vəziyyətini göstərmək qabiliyyətini nümayiş etdirmək üçün istifadə edib.
Sevinc Əliyeva
Ordu.az