Ordu.az xəbər verir ki, bu barədə İspaniya Aerokosmik Qüvvələrinin Baş Qərargah rəisi, aviasiya generalı Fransisko Brako Karbo məlumat verib.
Verilən açıqlamada “Hürjet”in bu proqrama güclü namizəd olduğu bildirilir.
Karbo Türkiyənin aerokosmik sistemlərin dizaynı, inkişafı, istehsalı və inteqrasiyası üzrə texnologiya mərkəzi olan TUSAŞ-a (Türkiyə Aviasiya və Kosmos Sənayesi) səfəri zamanı Türkiyə Hərbi Hava Qüvvələrinin komandanı, general Ziya Cemal Kadıoğlu ilə birlikdə 2 “Hürjet”lə uçub.
Uçuşun sonunda JEMA bildirib ki, “Hürjet” etibarlı təyyarədir, yaxşı sürətlənməyə malikdir və beşinci nəsil təyyarəyə keçidə hazırdır.
F5-i əvəz edəcək yeni təyyarə axtarışı İspaniya Aerokosmik Qüvvələri üçün XXI əsrin ikinci yarısı üçün aerokosmik qüvvələrin dizaynı istiqamətində atılan daha bir addımdır.
Sevinc Əliyeva
Ordu.az